AZ

“Kəlbəcər Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir” - ŞƏRH OLUNDU

“Kəlbəcər şəhərinin işğaldan azad edilməsinin xüsusi əhəmiyyəti var. Nəzərə almaq lazımdır ki, Kəlbəcər Azərbaycanın ən gözəl coğrafiyaya malik şəhərlərindən biridir. Məhz Ermənistanın Azərbaycanın başına gətirdiyi faciələr və torpaqlarımızın sonrakı işğal prosesi Kəlbəcər şəhərinin işğalı ilə daha da sürətləndi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.O bildirib ki, cənab Prezidentin qətiyyətli siyasəti nəticəsində Azərbaycan Kəlbəcəri işğaldan azad etdi: “Dövlət başçısı Kəlbəcər işğaldan azad edildikdən sonra bölgəyə saysız səfərlər edib. Bu səfərlərdə Kəlbəcərdə önəmli açılış, bərpa-quruculuq işləri həyata keçirilib. Ölkə başçısı gərgin və sıx iş qrafikinə rəğmən işğaldan azad edilmiş ərazilərdəki bütün prosesləri hər zaman öz nəzarətində saxlayır. Eyni zamanda Kəlbəcərdə Azərbaycan üçün mühüm əhəmiyyətə malik olan “İstisu” mineral su zavodunun yenidən fəaliyyətə başlaması həm tarixi, həm də mənəvi əhəmiyyətə malikdir.Bu gün görürük ki, ölkəmizdəki bütün beynəlxalq tədbirlərdə məhz Kəlbəcərin “İstisu”yu masalarda yer alır. İşğaldan azad edilmiş torpaqlarımızın böyük potensialı ortaya çıxır. Kəlbəcərin çox ciddi aqrar və digər sahələrdə potensialı mövcuddur. Bu gün Kəlbəcərdə vətəndaşlarımız təsərrüfat işləri ilə məşğul olurlar, yaxın gələcəkdə Kəlbəcər sakinləri də orada yaşayışı tam təmin etmiş olacaqlar. Hesab edirəm ki, məhz Kəlbəcərin işğaldan azad edilməsi, Kəlbəcər Şəhər Günü Qarabağ və Azərbaycan xalqı üçün qələbənin rəmzlərindən biridir”.

Müəllif: Səbinə Hüseynli

Seçilən
8
1
sesqazeti.az

2Mənbələr