AZ

Biz trilyonlar istəyirik, milyon və ya milyardlar problemlərin çözülməsində kifayət etmir - CAN üzvü (ÖZƏL)

Bakı. Trend:

Biz trilyonlar istəyirik, milyon və ya milyardlar problemlərinçözülməsində kifayət etmir

Bunu COP29 çərçivəsində Trend-ə özəl açıqlamasında İqlimFəaliyyəti Şəbəkəsinin (CAN) üzvü Hanən Həmid Şahən deyib.

O, iqlim dəyişikliyinə qarşı mübarizədə nəzərdə tutulan illik250 milyard dolların çox az olduğunu bildirib:

"250 milyard çox az məbləğdir. Biz bununla razılaşmırıq və beləbir fikrimiz də yoxdur. Bu, bizim üçün pis bir sövdələşmədir. Biztrilyonlar istəyirik, milyon və ya milyardlar problemlərinçözülməsinə kifayət etmir.

Bizim üçün bu pis sövdələşmədənsə, buradan heç bir razılaşmaolmadan ayrılmaq daha yaxşıdır. Biz bu mesajı irəli sürən və bukonvensiyanın son dəqiqələrinə qədər bunu davam etdirəcək bütüninkişaf etməkdə olan ölkələri dəstəkləyirik. İrəli sürülən 250milyardla razılaşmaq Paris Sazişi üçün böyük uğursuzluqolacaq".

"Fransa lideri və digər qabaqcıl Avropa ölkələrinin rəhbərləriburada olmasalar da, onların hökumətləri burada iştirak edirlər.Onların müzakirəçiləri bu otaqdadırlar. Onlar az məbləğdə vəsaitərazılaşmaq niyyətindədirlər. Mətnlərdə onların mesajları aydıngörünür. Deməli, söhbət bir nəfərdən getmir, bütün prosesdəngedir.

Onlar sadəcə olaraq üzərlərinə düşən öhdəlikləri ödəməkdən boyunqaçırmaq istəyirlər. Onlar resurslarımızı alaraq bizi qarət etməyədavam edirlər. Bizə ədalətli olaraq payımızı vermək istəmirlər.

Ümid edirəm ki, sonda bu az məbləğdə vəsaitlə razılaşma əldəedilməyəcək. Daha yaxşı razılaşmaya ​​ümid edirəm. Yekun nəticəniçox səbirsizliklə gözləyirik", - deyə o vurğulayıb.

Seçilən
27
1
az.trend.az

2Mənbələr