AZ

Avropa İttifaqından Netanyahunun həbs qərarına reaksiya

Avropa İttifaqı (Aİ) İsrailin Baş naziri Binyamin Netanyahu haqqında verilən həbs qərarı ilə bağlı açıqlama verib.

"Cebheinfo.az" xəbər verir ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallanta qarşı qərarını dəstəkləməyən ölkələrə reaksiya verib. 

Borrell Cənubi Kipr Rum Administrasiyasında keçirilən İsrail-Fələstin konfransında BCM-nin qərarı ilə bağlı qiymətləndirmələr edib:

"Bu, siyasi bir qərar deyil, məhkəmə qərarıdır. Avropa İttifaqına üzv ölkələrin güclü dəstəyi ilə qurulan beynəlxalq məhkəmənin qərarıdır. 

Məhkəmə Putinə qarşı həbs qərarı çıxarmağa qərar verəndə çoxlu fikirlər səsləndi. Çox diqqət çəkən bu səslərdən bəziləri bu gün susur".

Borrell Avropa İttifaqına üzv dövlətlərin məhkəmənin qərarını yerinə yetirmək məcburiyyətində olduqlarını bildirib:

"Avropa İttifaqına üzv olmaq istəyənlərin hazırda üzv olanların etmədiyi bir şeyi etməyi gülünc olar. Ona görə də BCM-ə dəstək olaraq səsimi qaldırmaq istəyirəm".

Seçilən
44
cebheinfo.az

1Mənbələr