AZ

Yaşıl İqtisadiyyat İnstitutunun təmsilçisi: COP29-da iqlim fəaliyyəti ilə bağlı maraqlı diskussiyaların şahidi olduq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) danışıqların nəticəsi barədə hələ ki bir söz deyə bilmirəm. Sonda nə qərar veriləcəyi haqqında heç nə bilmirik. Hələ də naməlum məqamlar var. Qlobal Cənub ilə Qlobal Şimalın necə ortaq nöqtəyə gələ biləcəyi haqqında, o cümlədən dünya ölkələrinin iqlim fəaliyyətində hansı nəticəyə gələcəyinə dair maraqlı diskussiyaların şahidi olduq. Fikrimcə, bu, COP29-un ən önəmli məsələsi oldu.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Yaşıl İqtisadiyyat İnstitutunun təmsilçisi Aaron Streniçki deyib.

O bildirib ki, əvvəlki illərdə keçirilən COP tədbirlərinə nəzər saldıqda son on illiyin ən yaxşı COP-u Azərbaycanda təşkil olunub: “Azərbaycanın ev sahibliyi möhtəşəmdir. COP-da hər kəsin ortaq məxrəcə gəldiyi bir məsələ var, Azərbaycan bu işin öhdəsindən layiqincə gələ bildi. İnsanların mehribanlığı, xoş niyyəti və qonaqpərvərliyi xüsusi olaraq gözəl idi”.

Seçilən
24
xalqqazeti.az

1Mənbələr