AZ

Hakan Fidan açıqladı: "Bu, qobal müharibədir"

ABŞ və Avropa Ukrayna münaqişəsində açıq şəkildə tərəf seçərək Kiyevə silah tədarük edir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, hazırda dünyada genişmiqyaslı iqtisadi və siyasi mübarizə gedir:

"Amerika və Avropa münaqişənin ən əvvəlindən Kiyevə silah göndərərək, bu müharibədə açıq şəkildə tərəf olduqları bir vəziyyət yaratdılar. Hazırda həm iqtisadi, həm siyasi, həm də hərbi səviyyədə genişmiqyaslı mübarizə gedir. Mən bunu sözün ən geniş mənasında qlobal müharibə kimi dəyərləndirirəm".


Müəllif: Qənirə Süleymanova
Seçilən
53
teleqraf.com

1Mənbələr