AZ

Rouminq istifadəçisi xaricdə 548 manatlıq borca düşdü

Korporativ nömrə istifadəçisi xaricdə mobil xidmətlərindən istifadə edərkən böyük məbləğdə borca düşüb.

Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, istifadəçi bununla bağlı sosial şəbəkədə paylaşım edib.

O, "Azercell" fakturalı xəttinin limitinin 50 AZN olduğunu və bu limit daxilində 25 AZN-lik rouminq paketini seçdiyini bildirib.

"Maldivdə lokasiya ünvanından istifadə etmişəm. Limitli xətt olduğu üçün düşünmüşəm ki, 50 AZN-ə çatdıqda internet kəsiləcək, amma kəsilməyib. Nəticədə 548 AZN borc yazılıb. Belə çıxır ki, "Azercell" xaricdə bir meqabayt internetin qiymətini 25 AZN müəyyən edib?" - deyə istifadəçi yazıb.

Məsələ ilə bağlı "Azercell" şirkətinə sorğu göndərsək də, sorğumuza cavab verən olmayıb.

Seçilən
26
1
sitat.info

2Mənbələr