AZ

NATO-nun Baş katibi Trampla görüşdü - İLK DƏFƏ

NATO-nun Baş katibi Mark Rütte Floridada ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla danışıqlar aparıb.

Bu barədə Şimali Atlantika Alyansı məlumat yayıb.

"NATO-nun Baş katibi Mark Rütte ötən gün Palm-Biçdə (Florida) ABŞ-ın seçilmiş Prezidenti Donald Trampla görüşüb", - məlumatda bildirilib.

Açıqlamada qeyd olunub ki, D.Tramp və M.Rütte Alyansın üzləşdiyi geniş spektrli qlobal təhlükəsizlik problemlərini müzakirə ediblər.

Bundan əlavə, M.Rütte və onun nümayəndə heyəti ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Uolts, həmçinin D.Trampın beynəlxalq məsələlər üzrə komandasının nümayəndələri ilə görüşüb. Tramp Mayk Uoltsu milli təhlükəsizlik üzrə müşaviri təyin etməyi qərara alıb.

Seçilən
19
8
korrespondent.az

10Mənbələr