AZ

Lisenziyadan kənar fəaliyyət göstərən stomotoloji klinika cərimələndi  

Lisenziyadan Lisenziyadan kənar fəaliyyət göstərən stomotoloji klinika cərimələndi

“St-Tek” MMC sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarını pozduğuna görə cərimələnib.

E-saglam.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş stomotoloji klinika ilə bağlı müraciətə baxılıb.

Hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, sözügedən inzibati xətaya görə hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

© iqtisadiyyat.az

E-saglam.az

Seçilən
33
e-saglam.az

1Mənbələr