AZ

Dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 24 %-ə yaxın ARTIB

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 15,5 milyon ton yük, 6 milyon 941,7 min sərnişin daşınıb.

Viral.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,3 % və 23,6 % çoxdur.

10 ay ərzində sutkada orta hesabla 386 vaqon yüklənib, 434 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,1 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

Son Yazılar:

Seçilən
6
16
viral.az

10Mənbələr