AZ

Sabiq korpus komandiri 56 yaşında vəfat edib

Azərbaycan Ordusunun 3-cü korpusunun keçmiş komandiri Çingiz Şəfiyev vəfat edib.

"AzPolitika" xəbər verir ki, bu barədə hərbi blogerlər məlumat paylaşıblar

Ç.Şəfiyevin 56 yaşında uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilib.

Xatırladaq ki, Ç.Şəfiyev general-mayor rütbəsinədək yüksəlib, lakin 2011-ci ildə Müdafiə Nazirliyinin Şəmkir korpusunun Göygöl rayonunda yerləşən hərbi hissələrinin birində 7 əsgərin ölümü ilə nəticələnən cinayət hadisəsi ilə bağlı təhqiqat aparıldıqdan sonra Ali Baş Komandanın qərarı ilə Şəmkir korpusunun komandiri vəzifəsindən azad olunub. Həmin vaxt o, eyni zamanda o, general-mayor rütbəsindən bir pillə aşağı endirilib.

Seçilən
27
azpolitika.info

1Mənbələr