AZ

“Adi bir epizod idi, amma mən yanlış oynadım” – Xvalko səhvini etiraf etdi

Bilindiyi kimi, “Kəpəz” 14-cü tur çərçivəsində evdə “Araz-Naxçıvan”a 0:2 hesabla məğlub oldu.

Gəncəlilər onsuz da pis olan vəziyyətlərini daha da bərbad etdilər. İş orasındadı ki, komanda bu dəfəki hər iki qolu fərdi səhvlər ucbatından qapısında gördü. Sonuncu dəqiqələrdə hesabı bərabərləşdirməsi gözlənilər “sarı-göylər” rəqibə qələbə qolunu hədiyyə etdilər.

Belə ki, 85-ci dəqiqədə top uğrunda mübarizə gedərkən “Kəpəz”in futbolçusu Rauf Hüseynli topu komanda yoldaşı Yeqor Xvalkoya ötürür. Kapitan isə müqavimət göstərmədən Maçadoya fərqlənməyə şərait yaradır.

Bəs, Xvalko niyə rəqiblə mübarizə aparmadı, yoxsa Raufdan ötürmə gözləmirdi?

Sualı futbolçunun özünə ünvanladıq. Yeqorun “Football-plus.az”a açıqlaması isə belə oldu:

“Özüm topu mənə atmasını istədim. Mənim xətam idi. Topu qazanmaq istədim, amma rəqib daha yaxşı oynadı. Adi bir epizod idi, amma mən yanlış oynadım. Nəticədə rəqib fərqləndi. Üzgünəm...”.

RÖYANƏ OĞUZ
Seçilən
39
football-plus.az

1Mənbələr