Ukraynanın gələn il müharibəni bitirmək üçün hər bir şansı var. AFN.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. "Ancaq əvvəlcə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müharibəyə son qoymaq üçün hansı təklifləri olduğunu öyrənməliyik" - deyə Ukrayna lideri əlavə edib.Zelenskinin sözlərinə görə, onun belə bir imkanı yanvarda olacaq.“Afrika, Asiya və ərəb dövlətlərinin liderlərinə də səslənirəm, biz onların təkliflərini görməyə hazırıq. Mən Amerika Birləşmiş Ştatlarının yeni prezidentinin təkliflərini də görmək istəyirəm. Düşünürəm ki, biz bu təklifləri yanvarda görəcəyik”, - deyə Zelenski bildirib.O əlavə edib ki, bundan sonra Ukraynanın Rusiya ilə müharibəni bitirmək planı olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta