Hazırda paytaxtın Tehrandan köçürülməsi ilə bağlı iddialar xəyaldır və bunun tezliklə reallaşması mümkün deyil.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu İran parlamentinin İctimai Komissiyasının üzvü Əhməd Fatimi deyib.
O, bundan əvvəl Simnan şəhərinin paytaxt seçilməsi ilə bağlı planların olduğunu xatırladıb:
"Bu şəhər paytaxt üçün daha uyğun seçimdir".
Qeyd edək ki, bir neçə gün əvvəl İran Prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının Tehrandan köçürülməsi planının hazırlanmasına başlandığını açıqlayıb.