AZ

Sirkə turşusundan zəhərlənən qadın xəstəxanada öldü

Sabirabadda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.

Azreform.info APA-ya istinadla xəbər verir ki, Sabirabad rayonunun Güdəcühür kəndində məskunlaşan Cəbrayıl rayonunun Şahvəlli kənd sakini, 1957-ci il təvəllüdlü Pəkuzə Məhəmməd qızı Əhmədova iki gün əvvəl 72%-li sirkə turşusundan zəhərlənib.

67 yaşlı qadın mədənin və qida borusunun kimyəvi yanıq diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.

Seçilən
6
18
azreform.info

10Mənbələr