Bakı. Trend:
Amerikalı sahibkar, "Space X" və "Tesla" şirkətlərinin sahibiİlon Mask 347,8 milyard dollara çatan sərvəti ilə öz rekordunuyeniləyərək yenidən dünyanın ən varlı adamları siyahısında birinciolub.
Trend xəbər verir ki, bubarədə "Bloomberg" məlumat yayıb.
Biznesmenin prezidentlik kampaniyası zamanı fəal şəkildədəstəklədiyi Donald Tramp ABŞ seçkisində qalib gəldikdən sonraMaskın şirkətlərinin səhmləri kəskin bahalaşıb.