AZ

“Mançester Siti” unikal "uğura" imza atdı

İngiltərə Premyer Liqasının hazırkı çempionu "Mançester Siti" ardıcıl 5-ci matçında məğlub olub. SİA xəbər verir ki, Premyer Liqanın 12-ci turunun "Etihad" stadionunda keçirilən matçında meydan sahibləri "Tottenhem"ə 0:4 hesabı ilə uduzublar.

İlk hissədə yarımmüdafiəçi Ceyms Meddison 13 və 20-ci dəqiqələrdə dubla imza atıb. İkinci hissədə isə 53-cü dəqiqədə Pedro Porro, 90+3-cü dəqiqədə Brennan Conson fərqlənib.

Bu məğlubiyyət Xosep Qvardiolanın komandası üçün bütün turnirlərdə ardıcıl 5-ci məğlubiyyət olub.

"Mançester Siti" oktyabrın 30-da İngiltərə Liqa Kubokunda “Tottenhem”ə (1:2), noyabrın 2-də Premyer Liqada “Bornmut”a (1:2), noyabrın 5-də Çempionlar Liqasında Portuqaliya “Sportinq”inə (1:4) və noyabrın 9-da İngiltərə çempionatında "Brighton"a (1:2) uduzub.

Ölkə çempionatının turnir cədvəlində “Mançester Siti” 23 xalla ikinci pillədə qərarlaşıb. "Tottenhem"in aktivində 19 xal var və altıncı yerdədir.

Premyer Liqanın növbəti turunda "Siti" "Liverpul"la mübarizə aparacaq. Oyun dekabrın 1-də baş tutacaq, start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Həmin gün “Tottenhem” öz stadionunda “Fulhem”i qəbul edəcək, görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Seçilən
32
1
sia.az

10Mənbələr