AZ

Alimlər yeməli yosunlarda dərinin qocalması əleyhinə vasitə tapıblar

Yaponiya alimləri “Aphanothece sacrum” siyanobakteriyaların (fotosintetik bakteriyalar-red) dərini qoruyan və qocalmasını yubadan birləşmələri sintez edə biləcəyini aşkarlayıblar.

“Report” xəbər verir ki, tədqiqat “ACS Agricultural Science & Technology” (ACS AST) elmi jurnalında dərc edilib.

Bu maddələr günəşin ultrabənövşəyi radiasiyasını udmaq qabiliyyətinə malikdir. Tədqiqatçılar saklipinlərin xüsusiyyətlərini qiymətləndirmək üçün siyanobakteriya nümunələrini qurudaraq əziblər. Birləşmələrin insan dərisinin fibroblastlarında kollagen və hialuron turşusu istehsalına qadir olduğu ortaya çıxıb. Mütəxəssislərin fikrincə, kəşf “Aphanothece sacrum”un qocalma əleyhinə kosmetika istehsalı üçün ucuz xammal mənbəyi üçün sənaye yetişdirilməsinə kömək edə bilər.

Seçilən
55
7
far.az

8Mənbələr