AZ

Pakistanda məzhəblərarası toqquşmalarda ölənlərin sayı 50 nəfəri ötüb

Pakistanın Kurram bölgəsində sünni və şiə qruplaşmalar arasında məzhəblərarası toqquşmalar davam edir.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, ötən gecə toqquşmalarda daha 18 nəfər öldürülüb, 30 nəfər isə yaralanıb.

Qeyd edək ki, noyabrın 21-də bölgədə naməlum şəxslər sərnişin avtobusu və minik avtomobillərini atəşə tutub. Ümumilikdə, indiyə qədər əyalətdə toqquşmalar nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.
Seçilən
27
12
sherg.az

10Mənbələr