Noyabrın 23-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yekun vurulub.
Bizim.Media xəbər verir ki, bu mötəbər tədbirdə təhlükəsizliyin təmin edilməsində “GESCO” ASC fəal iştirak edib.
“GESCO” ASC-nin COP29-da uğurlu fəaliyyəti BMT tərəfindən də qiymətləndirilib. Belə ki, “GESCO” əməkdaşları COP29-da keyfiyyətli xidmət göstərdiklərinə görə BMT tərəfindən təltif olunublar.
Qeyd edək ki, "GESCO" ASC fiziki mühafizənin təmin edilməsi prinsipləri əsasında müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir.
“GESCO” ASC Bakı şəhəri də daxil olmaqla, ölkənin müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidmətini ISO 9001, ISO 14001, OHSAS 18001 keyfiyyət sisteminin tələblərinə uyğun həyata keçirir.
Şirkət zəngin fəaliyyət təcrübəsi və 3000-dən artıq peşəkar heyəti ilə müxtəlif sahələrə mənsub 500-dən çox layihədə mühafizə xidmətini uğurla təşkil etməkdədir.
Ən müasir texnologiya və imkanları öz xidmətlərinə inteqrasiya edən "GESCO" beynəlxalq təcrübə və keyfiyyət standartları ilə yerli və peşəkar xidməti birləşdirir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta