APA-nın xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə X-da paylaşımında bildirib.
Hikmət Hacıyev qeyd edib ki, mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyən edilməsi yer alıb və qlobal iqlim fəaliyyətinin tarixində “Bakı sıçrayışı” kimi iz buraxıb: “Bununla belə, danışıqların ən kritik və çətin anlarında inkişaf etməkdə olan dünya və Qlobal Cənub Avropa İttifaqından, ümumilikdə isə Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Baerbokun Azərbaycana qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi. Təəssüflər olsun ki, xanım Baerbok Almaniyanın qarşıdan gələn seçkilərini daxili siyasət kimi çox çətin çoxtərəfli diplomatiya ilə birləşdirib, ehtimal ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə cəhd göstərir. O, həmçinin hesab etməli idi ki, bu çətin danışıqlar Avropanın liderlik nümayiş etdirə bilmədiyi, dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verdi. Lakin biz Almaniya və Avropa İttifaqının iqlim danışıqları üzrə qruplarının peşəkar töhfələrini və əməkdaşlığını qəbul edirik.
10Mənbələr
-
7times.azPrezidentin köməkçisi: Almaniya XİN başçısının Azərbaycana qarşı ittihamları qəbuledilməzdir ( 13332451)
-
sam.azAzərbaycan COP29-un ev sahibi və sədri kimi, nəticələr əldə etmək üçün vicdanlı vasitəçi kimi çıxış edib ( 13328482)
-
azpost.infoAlmaniya XİN başçısının ittihamları qəbuledilməzdirPrezidentin köməkçisi ( 13328278)
-
azia.azAlmaniya XİN başçısının Azərbaycana qarşı ittihamları qəbuledilməzdir ( 13327630)
-
sfera.azPrezidentin köməkçisi: Almaniya XİN başçısının Azərbaycana qarşı ittihamları qəbuledilməzdir ( 13326658)
-
cebheinfo.azAlmaniyanın XİN başçısının ittihamları qəbuledilməzdir - Prezidentin köməkçisi ( 13326139)
-
demokrat.az"COP29 uğurla başa çatdı, Almaniyanın XİN başçısının Azərbaycana qarşı ittihamları qəbuledilməzdir" ( 13326028)
-
anews.azAlmaniyanın XİN başçısının ittihamları qəbuledilməzdir - Prezidentin köməkçisi ( 13325878)
-
turkustan.azCOP29 uğurla başa çatdı - “Baerbokun Azərbaycana qarşı ittihamları qəbuledilməz idi” ( 13325704)
-
moderator.azPrezidentin köməkçisi: Almaniya XİN başçısının Azərbaycana qarşı ittihamları qəbuledilməzdir ( 13325584)