AZ

''Qalatasaray'' faciəvi şəkildə ölən 9 yaşlı fanatın qəbrini ziyarət etdi

''Qalatasaray''ın Avropa Liqasında ''Tottenhem''ə qarşı keçirdiyi oyun ərəfəsində bütün camiəni üzən faciəvi bir ölüm hadisəsi qeydə alınmışdı. ''Qalatasaray'' azarkeşi olan 9 yaşlı Yiğit Kurt həyatında ilk dəfə sevimli komandasının oyununu stadiondan izləmək üçün atası Sərkan Kurt ilə birlikdə maşınla Bodrumdan İstanbula yola düşmüşdü.

Amma yolda onların maşını qəzaya düşmüş və onların hər ikisi xəstəxanaya yerləşdirilmişdi. Atanın həyatını xilas etmək mümkün olsa da, Yiğit Kurt 5 gündən sonra beyin ölümü keçirmişdi. Valideynlərin razılığı ilə onun orqanları nəql edilmiş və 4 uşağın həyatı xilas edilmişdi. Yiğit Kurtun dəfn mərasimində ''Qalatasaray''ın yönəticisi İbrahim Hatipoğlu iştirak etmişdi. ''Qalatasaray'' düşərgəsi bu həftə səfərdə ''Bodrumspor''a qarşı oyunu fürsət bilərək Yiğit Kurtun qəbrini ziyarət edib. Onlar Yiğitin valideynləri ilə söhbət ediblər. Burda açıqlamalar verən baş məşqçi Okan Buruk bunları deyib:

''Yiğitin ''Tottenhem''lə oyuna nə qədər gəlmək istədiyini, futbolçuları nə qədər görmək istədiyini bilirik. Hadisədən ilk dəfə xəbər tutanda hər birimiz çox üzüldük. Həmin vaxt vətəndən kənarda olduğumdan dəfndə iştirak edə bilməmişdim. Camiə olaraq çox üzgünük, amma əlimizdən bir şey gəlmir. Oyunçularımızla birlikdə onun bizi görməsini, eləcə də ailəsinin yanında olmaq istədik. ''Qalatasaray'' yolunda dünyasının dəyişmiş bir uşaqdı. ''Qalatasaray''lılar hər zaman onu xatırlayaraq qəlblərində yaşadacaqlar. Ailəsi onunla bağlı xatirələri danışdı. İnşallah qalib gələrək qələbəni ona həsr edəcəyik''.


ƏLİ
Seçilən
23
football-plus.az

1Mənbələr