1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) yekun razılaşma əldə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalı süjet yayımlayıb.
Videomaterialda bildirilir ki, Bakıda keçirilən tədbirdə iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparan yoxsul ölkələri dəstəkləmək üçün zəngin ölkələr tərəfindən hər il 300 milyard dollar vəsait ayrılması barədə razılıq əldə olunub.
Həmçinin, sözügedən məbləğin 2035-ci ilə qədər 1,3 trilyon dollara çatdırılmasının hədəfləndiyi bildirilib.
Süjetdə Fransa prezidenti Emmanuel Makron başda olmaqla bir sıra Avropa və Qərb liderlərinin COP29-da iştirak etməməsi məsuliyyətsizlik kimi qiymətləndirlib.