AZ

Yeni komanda “Ferrari” mühərriklərindən istifadə edəcək

“General Motors”un “Cadillac F1” adlanacaq yeni komandası 2026-cı il mövsümündə “Ferrari” mühərriklərindən istifadə edəcək. Bu barədə “Associated Press” məlumat yayıb.

“General Motors”un 2028-ci il mövsümünə qədər öz güc aqreqatının hazırlanmasını başa çatdıracağı gözlənilir. Eyni zamanda, “Cadillac” artıq Viri-Şatilyonda “Renault Sport” mühərrik bölməsinin bir neçə yüksək rütbəli əməkdaşını cəlb etməyi bacarıb.

İlkin versiyaya görə, komanda debüt ilində “Honda” mühərriklərindən istifadə etməli idi. “Ferrari” isə ehtiyat variant kimi hesab olunurdu.

Əlavə edək ki, gələn həftə Formula 1-ə yeni komandanın gəlişi ilə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Seçilən
39
futbolinfo.az

1Mənbələr