AZ

Rumıniya özünə yeni prezident seçir

Rumıniyada prezident seçkilərinin birinci turu keçirilir.

Axar.az xəbər verir ki, bu barədə Rumıniya Daimi Seçki Administrasiyasının sədri Toni Qreble deyib.

Məlumata görə, prezident postu uğrunda 13 namizəd mübarizə aparır.

“Ölkədə 19 minə yaxın seçki məntəqəsi var və xaricdəki seçki məntəqələrində də səsvermə davam edir”, Qreble bildirib.

Namzidələr arasında Rumınların Birliyi uğrunda Alyansın lideri Corc Simion, hazırkı baş nazir, Sosial-Demokrat Partiyasının dəstəklədiyi Marsel Çolaku, Rumıniyanın Xilası İttifaqı Partiyasının sədri Yelena Laskoni, NATO baş katibinin keçmiş müavini Mirça Coane, keçmiş ordu generalı və sağ mərkəzçi Milli Liberal Partiyasının rəhbəri Nikolae Çuka kimi liderlər var.

Seçkilərin ikinci turunun dekabrın 8-də keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Rumıniyanın hazırkı prezidenti Klaus Yohannisdir.

Seçilən
38
axar.az

1Mənbələr