AZ

28 mayı Azərbaycan Günü elan edən qubernator ermənipərəst çıxdı

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Vudro Vilsonun prezidentliyindən bəri ən ermənipərəst hakimiyyət olacaq”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu məşhur amerikalı respublikaçı pastor Coel Tanni deyib.

 Azərbaycan və Türkiyənin “terror hökmranlığı”na daha dözülməz.

“NƏTİCƏ: Mən, Ayova ştatının qubernatoru Kim Reynolds 24 aprel 2024-cü il tarixini Ermənistan haqqında məlumatlandırma günü elan edirəm”, - pastor qubernatorun qərarının fotosunu “Facebook” sosial şəbəkəsində yayıb.

“Cebheinfo.az” xatırladır ki,  qubernator Kim Reynolds ziddiyyətli şəxsiyyət kimi tanınır. O, 2017-ci ildə Ayova ştatında “erməni soyqırımı”nı tanınması barədə qərar imzalayıb. Bir il sonra, 2018-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı bəyannamə imzalayıb.

Bəyannamədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunub. Sənəddə bildirilirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.

Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirib, hazırda regionda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyi bildirilir.

Beləliklə, həmin tarix azərbaycan günü kimi elan olunub.

Qubernator Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini elan edən qubernator Reynolds ayovalıları bu təbrikə və ən xoş arzulara qoşularaq bu xüsusi bayramı ölkədə və dünyada yaşayan azərbaycanlılarla birlikdə qeyd etməyə çağırıb.

İndi isə bu sənədi imzalayan qubernator anti-Azərbaycan mövqeyi sərgiləyir.

Seçilən
63
2
cebheinfo.az

3Mənbələr