Ankara-İstanbul yolunda qarın çox yağması səbəbindən hərəkət iflic olub.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Meteorologiya Baş İdarəsinin ardıcıl xəbərdarlıqlarından sonra ölkə üzrə soyuq hava və güclü qar yağışı öz təsirini göstərib.
Qar yağışı səbəbindən yollar buz bağlayıb.
Ankara-İstanbul yolunda baş verən qəzalar səbəbindən hərəkət dayanma nöqtəsinə çatıb.
İstanbul istiqamətində gedən vətəndaşlar Bolu Tunelinə 10 km qalmış hərəkətin dayanması səbəbindən bir müddət yolda gözləmək məcburiyyətində qalıblar.
Həmin görüntüləri təqdim edirik: