AZ

Peskov Borrelli sərt TƏNQİD ETDİ

Avropa İttifaqı (Aİ) komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrellin rəhbərlik rəhbərlik etdiyi illər utancla xatırlanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Düşünmürəm ki, kimsə Borrelin Avropa diplomatiyasına rəhbərlik etdiyi illəri xatırlasın və əgər xatırlasa, utanc hissi keçirməsin”, - deyə o vurğulayıb.

Rusiya liderinin mətbuat katibi Borrelli solğun xarakter adlandırıb və təəssüflə qeyd edib ki, hətta indi də Aİ baş verənlərə müstəqil, ayıq baxışdan uzaqdır.

Xatırladaq ki, Borrelin səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır. Onu Estoniyanın Baş naziri Kaya Kallas əvəz edəcək.

Bizim.Media

Seçilən
4
10
bizim.media

10Mənbələr