Noyabrın 24-də Araqatsotn vilayətində (Ermənistanın qərbində yerləşir – red.) avtomobil qəzası baş verib. Səhər saat 10:50 radələrində İrəvan-Vanadzor avtomobil yolunun Hartavan kəndinin inzibati ərazisində “Volksvagen Tiquan”, “Leksus” və “Qazel” markalı yük avtomobilləri toqquşub.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər xəsarət alıb və “Aparan” tibb məntəqəsinə yerləşdirilib.
Bildirilib ki, “Volksvagen Tiquan” Fransanın Ermənistandakı səfirliyinin balansında qeydiyyatdadır və xəstəxanaya yerləşdirilən də səfirliyin əməkdaşıdır.
Müəllif: Teleqraf.com