AZ

İsraillilərin neçə faizi Livanda atəşkəsin tərəfdarıdır?

İsraillilərin 54 faizi Livanda atəşkəsin tərəfdarıdır.

SİA-nın məlumatına görə,İsraildə yayımlanan “Kanal 12”nin keçirdiyi sorğuda iştirakçıların 54 faizi Livana hücumlara son qoyacaq atəşkəs razılaşmasının imzalanmasını dəstəkləyib.

Rəsmi Təl-Əviv rəhbərliyinin müqavilə imzalamasına qarşı çıxanların nisbəti isə 24 faiz olub.

Sorğuda iştirak edənlərin 79 faizi 2023-cü il oktyabrın 7-də baş vermiş hadisələrlə bağlı istintaq komitəsinin yaradılmasını dəstəklədiyi halda, 8 faizi buna qarşı çıxıb.

İsrail hökumətinin fəaliyyəti ilə bağlı sorğuya qatılanların 64 faizi Baş naziri Benyamin Netanyahu hökumətinin hazırda ölkəni idarəetmə tərzini bəyənmədiklərini, 30 faizi isə tərsini bildirib.

Seçilən
4
1
sia.az

2Mənbələr