Bakı. Trend:
İran, uranın zənginləşdirilməsi məqsədilə yeni sentrifuqalarıistifadəyə verib.
Trend Press TVtelekanalına istinadən xəbər verir ki, bu barədə İran parlamentininsədri Məhəmməd Baqer Qalibaf açıqlama verib.
Qalibafın sözlərinə görə, İran hakimiyyəti bu addımı, AEBA-nın(Beynəlxalq Atom Enerjisi Agentliyi) İdarə Heyətinin iclasındaİrana qarşı qəbul edilən qətnaməyə cavab olaraq atıb.
"O, qeyd edib ki, İranın cavabı qarşılıqlı prinsipə əsaslanır,çünki AEBA-nın İdarə Heyətinin qərarları siyasi məqsədlərləistifadə edilib", - Qalibaf vurğulayıb.
Qalibaf Böyük Britaniya, Almaniya, ABŞ və Fransanınyanaşmalarını siyasiləşmiş və dağıdıcı olaraq qiymətləndirib.
Əvvəlcə “Reuters” xəbər verib ki, AEBA İranı agentlikləəməkdaşlıqdan yayınması səbəbi ilə tənqid edən qətnamə qəbul edib.İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, əgər agentlikTehran və onun nüvə proqramına qarşı qeyri-konstruktiv qərar qəbuledərsə, İran ciddi cavab tədbirləri görəcək.