"Tottenhem"in baş məşqçisi Ange Postekoqlou "Mançester Siti" üzərində 4:0 hesablı qələbəni şərh edib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Düşünürəm ki, bizim üçün əsas o idi ki, biz vahid kimi fəaliyyət göstərməli idik. “Mançester Siti” ilə oynayanda ayrı-ayrı oyunçulara güvənmək olmaz. Biz kollektiv həll yollarını tapmalıyıq. Düşünürəm ki, çox yaxşı müdafiə olunduq”
Hazırda “Tottenhem” İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı yerdədir. Növbəti mərhələdə Postekoğlunun yetirmələri doğma meydanda “Fulhem”lə qarşılaşacaq.