AZ

“Səninlə nəfəs alıram”

Aktyor İbrahim Çingiz xanımı Aydan Çingizlə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi həyat yoldaşının ad gününü bu sözlərlə təbrik edib:

“Qolum, qanadım, Aydanım. Səninlə nəfəs alırıq, mən və balaca Mehriban. Sənin kimi gözəl yaza bilməsəmdə ürəyimdə olanları çox yaxşı bilirsən. Bir arzum var, həmişə birlikdə olaq və bir qocalaq, bundan başqa bizə nə lazımdır axı? Yaxşı ki, varımsan. Əgər bu həyatı bir neçə dəfə yaşayırıqsa, əminliklə deyə bilərəm ki, mən sənin sayəndə ən yaxşı həyatımı yaşayıram. Sənin dəstəyini hər an, saniyə hiss edirəm. Mən də sənin bütün arzularını Allahın köməyi ilə həyata keçirəcəyəm. Doğum günün mübarək, nəfəsim”

    

Seçilən
14
7
turanpress.com

9Mənbələr