"Tottenhem" klubunun yarımmüdafiəçisi Ceyms Meddison komandasının "Mançester Siti" üzərində böyük qələbəsi haqda danışıb.
90deqiqe.Az xəbər verir ki, ingilis futbolçu " BBC"yə deyib ki, "Siti"yə qarşı vurduğu iki qolu ömrünün sonuna qədər xatırlayacaq.
“Belə matçlar tez-tez baş vermir. Biz əla idik. Ən yaxşı komanda kimi göstərmək istədiyimiz hər şey bu idi”
Xatırladaq ki, Şimali London klubu “Mançester Siti”ni 4:0 hesabı ilə məğlub edib. Ceyms Maddison ad günündə dubl edib.