Bakıdakı apteklərdən birində insident baş verib.
Avtosfer.az-ın Sfera.az-a istinadən məlumatına görə, aptek müdiri olduğu iddia edilən Cabbarov Elnur Elman oğlu işçisi Aysel adlı xanımı vəhşicəsinə döyüb. Yayımlanan kadrlarda da müdirin işçini yumruqladığı, təpikləyərək yerdə sürüdüyü açıq-aşkar görünür.