AZ

Coşqunun komandası 90+3-cü dəqiqədə vurulan qola üzülüb

Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, təmsilçimizin komandası "Kocaelispor"la qarşılaşıb.

Liderlə görüşdə "Bandırmaspor" qələbəni son dəqiqədə əldən verib. Coşqunun 77 dəqiqə meydanda olduğu qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Meydan sahibləri 90+3-cü dəqiqədə məğlubiyyətdən qaça biliblər. İtirilən iki xal Diniyevin komandasını 1-ci pilləyə yüksəlmək imkanı verməyib.

Qeyd edək ki, "Bandırmaspor" 25 xal toplayıb. Lider "Kocaelispor"un hesabında 26 xal var.

İdman.biz

Seçilən
29
2
idman.biz

3Mənbələr