İndoneziyanın Halmahera adasındakı Dukono vulkanı püskürməyə başlayıb və kül sütununu 3 min metr yüksəkliyə yüksəlib.
News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Antara” agentliyi məlumat yayıb.
Yerli qurumlar sakinləri Dukono zirvəsindən 3 km radiusda yerləşən əraziyə getməməyə və açıq havada olarkən maskalar taxmağa çağırıb.
Qeyd edək ki, İndoneziya ərazisində 130-a yaxın aktiv vulkan yerləşir.