AZ

Erməni iş adamı Rusiyada HƏBS EDİLDİ

Rusiyanın Saratov vilayətinin Marks şəhərində yolda yaranan münaqişə zamanı atışma baş verib. 

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

 

Belə ki, sürücü başqa avtomobildə olan iki kişiyə atəş açıb. Nəticədə onlardan biri ölüb, digəri yaralanıb. Şübhəli şəxs hadisə yerindən qaçıb.

 

Məlumata görə, 41 yaşlı erməni iş adamı Rubik Akopyan qətldə şübhəli bilinərək həbs edilib.

 

Regional İstintaq Komitəsi adam öldürmə və qəsdən adam öldürməyə cəhd faktı üzrə cinayət işi açıb.

Seçilən
7
26
sfera.az

10Mənbələr