1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Mursiya Universitetinin ispan arxeoloqları Cəbəllüttariq dağlarında Yer kürəsinin ən qədim istehsal müəssisələrindən birini - Neandertallar tərəfindən Vanqard mağarasında qurulmuş bitki qatranının distillə edilməsi üçün soba tapıblar.
Oxu.Az xəbər verir ki, məlumat "Quaternary Science Reviews" elmi jurnalında dərc olunub.
Məlumata görə, tapıntının yaşı təxminən 65 min il ola bilər.
Alimlərin fikrincə, aşkar edilmiş artefaktlar neandertalların istilikdən istifadə edərək, bitkidən yapışqan maddə almasını göstərir.
Əldə edilən yapışqan daş alətləri taxta tutacaqlara yapışdırmaq üçün istifadə edilib ki, bu da alətlərin hazırlanmasında tətbiq olunub.