"Fənərbaxça" "Əl-Nəssr"da çıxış edən Anderson Taliskanı transfer etmək üzrədir. Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar məhsuldar davam edir.İddialara görə, "Fənərbaxça" Taliskanı kluba icarə əsasında gəlməsi üçün razı salıb. Bu transferdə "Fənərbaxça"nın vitse-prezidenti Acun Ilıcalının böyük rol oynadığı və futbolçunu razı saldığı qeyd edilib. Bildirilir ki, hazırda "Fənərbaxça" "Əl-Nəssr" klubu ilə danışıqlar aparır. Qeyd edək ki, Anderson Taliskanın "Əl-Nəssr"lə 2026-cı ilə qədər müqaviləsi var. O, illik 12 milyon avro maaş alır. "Fənərbaxça" futbolçunun maaşını aşağı salmaq istəyir. "Fənərbaxça" klubdakı tarazılığı pozmamaq üçün futbolçunun maaşının bir hissəsinin "Əl-Nəssr" klubunun ödəməsini istəyir.