AZ

Türkiyəli siyasətçi ABŞ-ın çökəcəyi şərti açıqladı

Dolları əvəz edə biləcək alternativ ödəniş sistemi yaranarsa, Amerika Birləşmiş Ştatlarında fəlakət baş verə bilər.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin “Vətən” partiyasının sədr müavini Hakan Topkurulu deyib.

Onun sözlərinə görə, bu gün Qərbin sanksiya siyasətinə görə dollara inam sarsılıb və ölkələr Amerika valyutasına alternativ axtarır.

“Alternativ ödəniş vasitəsinin ortaya çıxması dolların sonunu gətirəcək. Lakin hadisələr göstərir ki, dollardan imtina hələ belə bir ödəniş vasitəsi meydana çıxmamışdan başlaya bilər. Bu, bütün Atlantik sistemin, xüsusən də ABŞ-ın dağılmasına gətirib çıxaracaq”, - deyə siyasətçi bildirib.

Bizim.Media

Seçilən
10
1
bizim.media

2Mənbələr