AZ

Bu ölkədə yeni epidemiya yayıldı

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) bir körpənin "Listeriya" (qidadan qaynaqlanan xəstəlik) bakteriyası səbəbindən öldüyünü açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, CDC, ABŞ-nin Kaliforniya əyalətində bir körpənin öldüyünü, “Listeria” bakteriyasına görə 9 nəfərin isə dörd ştatda xəstəxanaya yerləşdirildiyini bildirdi.

Açıqlamada Kaliforniya, Nyu-York, İllinoys və Nyu Cersidə ümumilikdə 11 hadisənin qeydə alındığı bildirilib. 

CDC bakteriyaların "Yu-Shang Food" adlı markanın şirniyyat məhsullarından ötürülməsi ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

“Listeria” bakteriyası qida infeksiyalarına səbəb ola bilən bakteriya növüdür. Ən çox yayılmış növü “Listeria” monocytogenesdir.

Bu bakteriya tez-tez süd məhsulları, çiy ət və işlənmiş ət kimi qidalarda tapıla bilər. “Listerioz”un yaratdığı infeksiya “Listerioz” kimi tanınır.

“Listerioz” xüsusilə immuniteti zəif olan insanlarda, hamilə qadınlarda, yaşlılarda və körpələrdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. 

Hamilə qadınlarda bu infeksiya vaxtından əvvəl doğuşa və ya körpədə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Seçilən
1
1
cebheinfo.az

3Mənbələr