AZ

“Moskva Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərinə sadiq qalır” - Rusiyanın Ermənistandakı səfiri

“Rusiya həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərinə sadiq qalır”. 

Missiya.Az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “İzvestiya” qəzetinə müsahibəsində deyib.

“Biz bundan çıxış edirik ki, Rusiya-Ermənistan müttəfiqlərinin qarşılıqlı fəaliyyətinə real alternativ yoxdur, o cümlədən KTMT çərçivəsində Rusiya Ermənistanın təhlükəsizliyini tam şəkildə təmin etmək üzrə öhdəliklərini yerinə yetirməkdə davam edir”, -deyə diplomat vurğulayıb.

O, həmçinin qeyd edib ki, Moskva Avrasiya qitəsində bərabər və bölünməz təhlükəsizlik sisteminin yaradılmasında erməni tərəfdaşlarının fəal iştirakını gözləyir.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə ölkənin KTMT üzvlüyünü dondurduğunu bəyan etmişdi. 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr