İsrail İraqa təhdid məktubu göndərib
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İsrailin İraqı əsassız və yalançı bəhanələrlə təhdid etdiyini bildirib. O, ölkəsinin hücum nöqtəsi kimi istifadə edilməsinə icazə verməyəcəklərini deyib.
Reyting.az-ın məlumatına görə, Sudani Bağdadda keçirilən tədbirdəki çıxışında deyib ki, bölgədə yüksək gərginlik var.
“İsrail İraqı yalan və etibarsız bəhanələrlə təhdid edir. Bununla belə, icazə verməyəcəyimizi vurğulamalıyıq. İraq hücum nöqtəsi kimi istifadə ediləcək yer deyil”,- baş nazir qeyd edib.
İsraili döyüş meydanını genişləndirməməyə çağırdığını təkrarlayan Sudaninin sözlərinə görə, Xarici İşlər Nazirliyinə İsrailin İraqı təhdid etməsi məsələsini beynəlxalq dairələrdə izləməyi tapşırıb.
Qeyd edək ki, İraqın xarici işlər naziri Fuad Hüseyn iki gün əvvəl Dohada keçirilən tədbirdə verdiyi açıqlamalarda İsraildən dolayı yolla təhdid məktubu aldıqlarını, lakin bunun müharibəyə çevriləcəyi anlamına gəlmədiyini deyib.
ELÇİN