AZ

Ölən həyat yoldaşından övladı olacaq

İngiltərədə bir kişi vəfat etmiş həyat yoldaşından alınan embriondan uşaq sahibi olmaq hüququ üçün məhkəməyə müraciət edib.

“Cebheinfo.az” xəbər verir ki, 7 illik prosesdən sonra məhkəmə kişiyə surroqat ana (daşıyıcı ana) vasitəsilə uşaq sahibi olmaq hüququ verib.

Belə ki, embrion, ölümündən əvvəl yazılı razılıq verməsə də, kişinin mərhum həyat yoldaşının yumurtaları ilə yaradılıb.

Həmin embrion 7 il əvvəl süni mayalanma müalicəsi zamanı yaradılmışdır. 

2008-ci ildə uşaq ana bətnində tələf olub və qadın bir ildən sonra yenidən hamilə qalıb. 

Onların qızı vaxtından əvvəl doğulub. Onlar qızlarının bacı-qardaşı olmasını arzulayıblar. Ana və ikinci körpə doğuşdan sonra dünyasını dəyişib. 

Kişi həyat yoldaşı ilə ortaq xəyalları olduğuna görə ikinci övladını dünyaya gətirmək üçün hərəkətə keçib. 

Lakin qadının vəsiyyəti olmadığı üçün məhkəmə xeyli vaxt aparıb və bu il qərar verilib.

Seçilən
11
cebheinfo.az

1Mənbələr