AZ

Bakıda küləyin sürəti saniyədə 23 metrə çatıb - FAKTİKİ HAVA

Azərbaycanda noyabrın 25-i saat 9:00-a olan məlumata görə, hava əsasən yağmursuz keçib.

Milli Hidrometrologiya Xidmətindən Korrespondent.az-a verilən məlumata görə, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 23 m/s, Şahdağda 20 m/s, Balakən, Qobustan, Şabranda 18 m/s-dək güclənib.

Gəncə, Naftalan, Ağstafa, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Qrız, Yevlax, Göyçay, Daşkəsən, Naftalan, Şəmkir, Qusar, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 10 dərəcəyədək isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.

Seçilən
11
49
korrespondent.az

10Mənbələr