Gürcüstanın yeni hökumətində üç yeni nazir olacaq.
Apress.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan”ın məlumatında bildirilib.
Baş nazir İrakli Kobaxidze bildirib ki, Xarici İşlər Nazirliyinə Maka Boçorişvili, Ədliyyə Nazirliyinə Anri Oxanaşvili, Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinə David Sonqulaşvili rəhbərlik edəcək.
Nazirlər Kabinetinin yenilənmiş tərkibi bazar ertəsi yeni seçilmiş qanunverici orqan tam səlahiyyətlərə yiyələndikdən sonra təsdiq olunmaq üçün 11-ci çağırış parlamentə təqdim olunacaq