AZ

2023-cü ilin oktyabrından Qəzzada mindən çox həkim və tibb bacısı həlak olub


Fələstin-İsrail münaqişəsi 2023-cü ilin oktyabrında kəskinləşməyə başlayandan bəri Qəzza zolağında 1000-dən çox həkim və tibb bacısı həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi anklav hökumətinin bəyanatına istinadla məlumat yayıb.
WAFA-nın istinad etdiyi sənəddə həmçinin qeyd olunur ki, anklavın tibb müəssisələrinin 310-dan çox əməkdaşı həbs edilib, işgəncələrə məruz qalıb və həbsxanalarda edam edilib.
“Bundan əlavə, İsrail ordusu Qəzza zolağına dərman idxalını qadağan edir və tibb heyətlərinin və həkimlərin ziyarətinə mane olur. Xəstəxanalar onları bombalayan, mühasirəyə alan və basqın edən, həkim və tibb bacılarını öldürən və yaralayan İsrail ordusunun hədəfindədir”, - bəyanatda deyilir.
Seçilən
20
yeniavaz.com

1Mənbələr