AZ

Baydenin Bakıya təşəkkürü erməniləri havalandırıb

ABŞ prezidenti Co Bayden COP29-un uğurlu təşkilinə görə Azərbaycana təşəkkür etməsi Ermənistanı qıcıqlandırıb. Tribunainfo.az xəbər verir ki, erməni mediası bunu Azərbaycanın uğuru kimi təqdim etməklə yanaşı, həm də ümidlərinin boşa çıxması kimi də təsnif edib.
Belə ki, “Baydenin Bakı ilə dostluğu davam edir” başlıqları ilə yazılar paylaşan ermənilər, COP29 ərəfəsində və gedişat dövründə ABŞ-ın mövqeyini dəyişdirə biləcəyini düşünürdü. İndi həmin arzuları da boşa çıxdı və məlum oldu ki, Ağ Ev heç də onların sözü ilə oturub-duracaq qədər ağılsız deyil.
Digər tərəfdən, Baydenin Azərbaycana təşəkkür etməsi və yüksək səviyyəli tədbir keçirməsini təqdir etməsi, həm də onu göstərir ki, Bakı faktiki olaraq uğurlu bir şəkildə istər diplomatiya, istər siyasət, istər iqtisadiyyat, istərsə də iqlim mövzusunda doğru yoldadır. Hətta bu doğru yanaşma Azərbaycanı haqısz yerə tənqid edən, davamlı olaraq təzyiqlər göstərməyə çalışan ABŞ kimi ölkəni belə fakt qarşısında qoyub.

Seçilən
5
tribunainfo.az

1Mənbələr