Bakıda aptek müdiri xanım işçisini döyüb.
Bakupost.az xəbər verir ki, hadisə Bakı şəhəri, Səbail rayonunda, Rəşid Behbudov küşəsinə yaxın apteklərdən birində baş verib.
Qeyd olunur ki, aptek müdiri olduğu bildirilən Cabbarov Elnur Elman oğlu işçisi Aysel adlı xanımı vəhşicəsinə döyüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Yayılanan görüntülərdən müdirin işçini yumruqlayıb yerə yıxdığı, daha sonra təpiklədiyi görünür.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
Lalə, BakuPost