AZ

Azərbaycan taekvondoçuları beynəlxalq turnirin ilk günündə iki medal qazanıblar

Bosniya və Herseqovinanın Sarayevo şəhərində taekvondo üzrə “Bosnia Open” beynəlxalq turnirinə start verilib.

Azərbaycan Taekvondo Federasiyasından "İki sahil"ə verilən məlumata görə, yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Millinin üzvlərindən Vasif Səlimov (68 kiloqram) bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Əliyev isə bürünc mükafat əldə edib.

Qeyd edək ki, bu gün yarışda böyük yaşlı idmançılar mübarizəyə qoşulacaqlar.

Seçilən
1
1
ikisahil.az

3Mənbələr